“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhid ailələrinin övladları üçün bayram tədbiri keçirildi

16/03/2026, 22:26
xeber1

Ağstafa Rayon İcra Hakimiyyəti ,

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi nin birgə təşkilatçılığı ilə şəhid ailələrinin övladları üçün müqəddəs Ramazan Bayramı və xalqımızın qədim milli dəyərlərini özündə yaşadan Novruz Bayramı münasibətilə möhtəşəm bayram şənliyi təşkil olundu. Tədbirin əsas məqsədi şəhid ailələrinin övladlarına diqqət və qayğı göstərmək, onların sevincinə sevinc qatmaq, həmçinin milli-mənəvi dəyərlərimizi gələcək nəsillərə aşılamaq idi. Bayram tədbirində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax-Tovuz Regional Təhsil Idarəsinin Ağstafa rayonu təhsil sektorunun müdiri Mədəd Zeynalov, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin övladları iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Çıxış edən natiqlər qeyd etdilər ki, şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq və onların ailələrinə, xüsusilə də övladlarına diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur. Bildirildi ki, dövlət başçısı tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən xüsusi diqqət və qayğı bu sahədə həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biridir.Qeyd edildi ki, bu cür tədbirlər şəhid ailələrinin övladlarının cəmiyyətə inteqrasiyası, onların mənəvi ruh yüksəkliyinin artırılması və bayram sevincini birlikdə yaşamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Həmkarlar İttifaqı tərəfindən daim təhsil işçilərinə, eləcə də şəhid ailələrinə diqqət və qayğı göstərildiyi, bundan sonra da bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyi bildirildi.Bayram şənliyi maraqlı və rəngarəng proqramla davam etdi. Uşaqlar üçün müxtəlif əyləncəli proqramlar təşkil olundu.

Tədbirin sonunda şəhid ailələrinin övladlarına bayram hədiyyələri təqdim olundu. Uşaqların sevinc dolu anları, onların üzündəki təbəssüm tədbirin əsas məqsədinin həyata keçdiyini bir daha göstərdi. Bu cür tədbirlər bir daha sübut edir ki, şəhid ailələri dövlətimizin və cəmiyyətimizin daim diqqət mərkəzindədir. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi gələcəkdə də belə sosial və mənəvi əhəmiyyətli layihələrin həyata keçirilməsini davam etdirəcəkdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: