“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhid ailəsi ilə görüş keçirilib

20/01/2026, 00:35
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsinin sədri və məsul əməkdaşları, eləcə də təhsil müəssisələrinin iştirakı ilə şəhid ailələri ilə mütəmadi görüşlər təşkil olunur, onlara diqqət və qayğı göstərilir.

Bu çərçivədə Vətən müharibəsi şəhidi Quliyev Nurlan Şükür oğlunun ailə üzvü, Ağcabədi rayon Qaraxanlı kənd tam orta ümumtəhsil məktəbinin texniki işçisi Quliyeva Zülfiyyə Yediyar qızı ilə görüş keçirilib.

Görüş zamanı Zülfiyyə xanım torpaqlarımızın azadlığı və dövlət müstəqilliyi uğrunda canından keçmiş qəhrəman oğullarımızın göstərdiyi şücaətdən, övladı Nurlanın keçdiyi döyüş yolundan danışıb. O, Nurlan Quliyevin Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə, o cümlədən Daşaltı əməliyyatında iştirak etdiyini, 4 noyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucaldığını qeyd edib.

Vətən qarşısındakı xidmətlərinə görə orden və medallarla təltif edilən şəhid Quliyev Nurlan Şükür oğlu Ağcabədi rayonundakı “Qəhrəmanlar Parkı”nda dəfn olunub.

Görüşdə vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda etmiş şəhidlərin xatirəsinin daim uca tutulması, adlarının əbədiləşdirilməsi, ailə üzvlərinə diqqət və qayğının göstərilməsi hər bir vətəndaşın mənəvi borcudur.

Şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, Allahdan onlara rəhmət diləyirik.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: