Xəbərlər
Şəhid ailəsi ziyarət olunmuşdur.
29/12/2025, 15:31

29 dekabr tarixində şəhid müəllim Rəvan Lətifovun oğlu Ömürün doğum günüdür. Bu münasibətlə Oğuz rayonu üzrə Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev və ETİHİ Oğuz Rayon Komitəsinin sədri Fərman İbrahimov şəhid Rəvan Lətifovun ailəsi ilə görüşmüşdür. Görüş zamanı komitə sədri Fərman İbrahimov şəhid övladlarına göstərilən dövlət qayğısından bəhs etmişdir. Şəhidin övladı Ömür balaya doğum günü və bayram münasibətilə hədiyyələr təqdim olunmuşdur. Ömür balaya möhkəm can sağlığı, xoş və işıqlı günlər arzu edirik. Dəyərli müəllim, şəhid Rəvan Lətifova Allahdan rəhmət diləyirik. Ruhu şad olsun!




