Xəbərlər
Şəhid ailəsi ziyarət olunub.
08/07/2026, 16:19

08 iyul 2026-cı il tarixində ETİHİ Salyan Rayon Komitəsinin rəhbərliyi 44 günlük Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə canını qurban vermiş qəhrəman Şəhidimiz Vüsal Cəfərovun Salyan rayonunun Xələc kəndində yaşayan ailəsinə baş çəkib.
Şəhid anası Könül Cəfərova səhhətində yaranan problemlə əlaqədar komitə rəhbərliyi tərəfindən ziyarət olunub.
Çay süfrəsi arxasında anası Vüsalın keçdiyi çətin həyat yolunu kövrək və duyğulu xatirələrlə yada salıb, övladının ətrini Şuşadan gətirdiyi bir ovuc torpaqdan aldığını qeyd edərək, onun qəhrəmanlıqlarla dolu döyüş yolundan qürur hissi ilə danışıb.
Daha sonra Şəhidin şəxsi əşyalarının və fotolarının sərgiləndiyi otaqda xatirə şəkilləri çəkdirilib.








