Xəbərlər
Şəhid anaları ziyarət edildi

8 Mart Beynalxalq Qadınlar Günü münasibəti ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsi olaraq Kəndoba kəndinin şəhidi Mirzəyev İbad Mansur oglunun anası, həmkarlar ittifaqının üzvü Güldanə ananı ziyarət edərək onu təbrik etdik.
Görüş zamanı Güldanə ana ilə səmimi söhbət aparıldı, onun qayğıları ilə maraqlanıldı.
Qəhrəman şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır. Onların ailələrinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.
Şəhid analarının göstərdiyi səbir, dözüm və vətən sevgisi hamımız üçün böyük nümunədir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsi olaraq şəhid ailələrinə daim diqqət və qayğı göstərməyi özümüzə borc bilirik.
Güldanə anaya möhkəm can sağlığı, uzun ömür arzulayır, şəhidimiz İbadın əziz xatirəsini dərin ehtiramla yad edirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.





