Xəbərlər
Şəhid anaları ziyarət olundu

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsi olaraq Ərəbmehdibəy kəndinin şəhidi İsmət Qismət oğlunun anası, həmkarlar ittifaqının üzvü Aynurə ananı ziyarət edərək onu təbrik etdik.
Görüş zamanı Aynurə ana ilə səmimi söhbət aparıldı, onun qayğıları ilə maraqlanıldı.
Qəhrəman şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır. Onların ailələrinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.
Şəhid analarının göstərdiyi səbir, dözüm və vətən sevgisi hamımız üçün böyük nümunədir.
Elm və Təhsil İşçiləri Həmkarlar Ağsu rayon komitəsi olaraq şəhid ailələrinə daim diqqət və qayğı göstərməyi özümüzə borc bilirik.
Aynurə anaya möhkəm can sağlığı, uzun ömür arzulayır, şəhidimiz Qismətin əziz xatirəsini dərin ehtiramla yad edirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.






