“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhid anaları ziyarət olundu

08/03/2026, 18:41
xeber1

8Mart Beynəlxalq Qadınlar günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsi olaraq Ağsu şəhərinin şəhidi Səmədov Hüseyn Müşviq oğlunun anası, həmkarlar ittifaqının üzvü Şamama ananı ziyarət edərək onu təbrik etdik.

Görüş zamanı Şamama ana ilə səmimi söhbət aparıldı, onun qayğıları ilə maraqlanıldı.

Qəhrəman şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır. Onların ailələrinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.

Şəhid analarının göstərdiyi səbir, dözüm və vətən sevgisi hamımız üçün böyük nümunədir.

Elm və Təhsil İşçiləri Rayon Komitəsı̇ Ağsu Rayon Komitəsi olaraq şəhid ailələrinə daim diqqət və qayğı göstərməyi özümüzə borc bilirik.

Şamama anaya möhkəm can sağlığı, uzun ömür arzulayır, şəhidimiz Hüseynin əziz xatirəsini dərin ehtiramla yad edirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: