Xəbərlər
Şəhid anası ilə görüş keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova şəhid mayor Aqşin Abdullayevin doğum günü və övladının ali təhsil müəssisəsinə qəbul olması münasibətilə şəhidin anası Azərbaycanın tanınmış pedaqoqu, “Əməkdar Müəllim” Dursun Cavadovanı ziyarət ediblər.
Səmimi şəraitdə keçən görüş zamanı şəhid mayor Aqşin Abdullayevin Vətən qarşısındakı xidmətləri, keçdiyi şərəfli döyüş yolu və göstərdiyi qəhrəmanlıq nümunələri ehtiramla xatırlanıb. Şəhidin övladının ali təhsil müəssisəsinə qəbul olması münasibətilə Dursun Cavadovaya təbriklər çatdırılıb, ona möhkəm cansağlığı və pedaqoji fəaliyyətində uğurlar arzulanıb.
Görüş zamanı şəhid ailələrinə göstərilən diqqət və qayğının, onların övladlarının təhsil və gələcəyinə göstərilən dəstəyin dövlətimizin mühüm prioritetlərindən biri olduğu vurğulanıb.
Dursun Cavadova göstərilən diqqətə və səmimi münasibətə görə minnətdarlığını bildirib, şəhid ailələrinə göstərilən qayğı və dəstəyi yüksək qiymətləndirib



