Xəbərlər
Şəhid anası sertifikasiya imtahanında yüksək nəticə əldə edib.

Qəbələ şəhəri Nicat Apayev adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin texnologiya müəllimi Qəribova Könül Comərd qızı 25 iyun 2026-cı il tarixində Şəki şəhərində keçirilən müəllimlərin sertifikasiya imtahanında yüksək nəticə göstərərək 56 bal yığıb.
Qəribova Könül Comərd qızı 12 may 2023-cü ildə Vətən uğrunda qəhrmancasına şəhid olmuş Qarayev Məhəmməd Mahir oğlunun anasıdır.
Qeyd edək ki, şəhid Qarayev Məhəmməd Mahir oğlu Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2026-cı il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Qəribova Könül Comərd qızını əldə etdiyi yüksək nəticə münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq. Şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edir, ailəsinə səbir diləyirik.






