“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhid anasının 70 illik yubileyi qeyd edildi

27/08/2026, 11:46
xeber1

Şəhid anasının 70 illik yubileyi qeyd olunub. Ağcabədi rayon Minəxorlu kənd körpələr evi–uşaq bağçasında həmkarlar təşkilatının sədri Kərimova Rafət Zülfü qızının təşkilatçılığı ilə uzun illər bu müəssisədə tərbiyəçi vəzifəsində çalışmış Qəhrəmanova Zeynəb Hüseyn qızının 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

Vətənin azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Qəhrəmanov Taryelin anası Zeynəb xanımın yubiley tədbirinə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin nümayəndə heyəti, Şəhər 3 nömrəli körpələr evi–uşaq bağçasının müdiri, ETİHİ Ağcabədi Rayon Komitəsinin Müharibə işləri üzrə komissiyasının sədri, şəhid Cəfərov Anar Eyvaz oğlunun həyat yoldaşı Xuduyeva Samirə müəllim, həmçinin şəhid Taryelin təhsil aldığı məktəbin direktoru Amil Məlikov və kollektivi dəvət olunub.

Tədbirdə çıxış edən qonaqlar və bağça kollektivi Zeynəb xanımı 70 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xoş günlər arzulayıblar.

Peşəkarlığı, məsuliyyəti və uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyəti yüksək qiymətləndirilən Zeynəb xanım Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi tərəfindən Fəxri fərmanla təltif edilib.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: