Xəbərlər
Şəhid Bünyadlı Rəvan Asif oğlunun xatirəsi anılıb
20/10/2025, 20:37

13 oktyabr 2025-ci il tarixində Qax rayonu Almalı kəndində Vətən müharibəsində şəhid olmuş Bünyadlı Rəvan Asif oğlunun şəhadətə ucalmasının 5-ci ildönümü münasibətilə xatirəsi anılıb.
Tədbirdə şəhidin ailə üzvləri, rayon rəhbərliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsinin sədri Rübail Əfəndiyeva, məktəbin müəllim və şagird kollektivi, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan danışılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!







