“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhid Cavad İsmayılovun anadan olmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib.

22/10/2026, 18:52
xeber1

Torpaqlarımızın azadlığı uğrunda canından keçərək qəhrəmanlığı və şücaəti ilə Azərbaycanın şanlı tarixinə çevrilmiş Cavad İsmayılovun anadan olmasının 25-ci ildönümü onun təhsil aldığı Salyan rayonu İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta ümumtəhsil məktəbində qeyd edilib.

Tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı şəhid valideynləri və qonaqlar da iştirak edib.

Tədbirdə çıxış edən ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova qəhrəman oğullarımızın Vətən sevgisindən və xalqımız qarşısındakı misilsiz xidmətlərinin böyüklüyündən söz açıb. Komitə sədri bildirib ki, şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında, gələcək nəsillərin qəlbində daim yaşayacaq.Bizim borcumuz da bu müqəddəs xatirəni qorumaq, onların bizə əmanət qoyduğu Vətəni sevmək, onu yaşatmaq və gələcək nəsillərə daha güclü Azərbaycan kimi ötürməkdir. Aynur Əsgərova daha sonra şəhid valideynləri qarşısında baş əyərək ölkəmizdə daim sülh və əmin-amanlıq , müstəqilliyimizin də əbədi olmasını arzulayıb.

Tədbirdə şagirdlərin ifasında şeirlər səsləndirilib, musiqi parçaları ifa olunub, kompozisiyalar nümayiş etdirilib.

Sonda xatirə şəkilləri çəkdirilib

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: