“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhid Cəfərli Şahin Şamil oğlunun doğum günü qeyd olunmuşdur

28/06/2026, 10:44
xeber1

​ 28 iyun 2026-cı ildə şəhid Cəfərli Şahin Şamil oğlunun doğum günü münasibətilə tədbir təşkil olunmuşdur. Şəhidin məzarı ziyarət olunmuş, üzərinə gül-çiçək dəstələri qoyulmuşdur. Təşkil olunmuş tədbirdə Oğuz rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatının, ETİHİ Oğuz rayon komitəsinin səlahiyyətli nümayəndələri, müəssisə və təşkilatlar, şəhid ailələri və kənd ictimaiyyəti iştirak etmişdir.

​  Cəfərli Şahin Şamil oğlu 28 iyun 1994-cü ildə Xalxalqışlaq kəndində anadan olmuşdur. 2000-ci ildə birinci sinfə daxil olmuş, 2011-ci ildə İntizam Rəhimov adına Qumlaq kənd tam orta ümumtəhsil məktəbini bitirmişdir. 2012-2014-cü illərdə hərbi xidmətdə olmuşdur. 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdir. 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.

​ 01 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. 02 oktyabr 2020-ci il tarixdə Xalxalqışlaq kənd qəbiristanlığında dəfn olunmuşdur. 15 dekabr 2020-ci il, 29 dekabr 2020-ci il və 30 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "Kəlbəcərin azad edilməsinə görə" və "Hərbi xidmətə görə", 2026-cı ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.

​Bütün şəhidlərimizə allah rəhmət eləsin.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: