Xəbərlər
Şəhid Əlizadə Famil Habil oğlunun əziz xatirəsi ehtiramla yad edilib

Şəhid Əlizadə Famil Habil oğlunun əziz xatirəsi ehtiramla yad edilib
İkinci Qarabağ müharibəsinin şəhidi Əlizadə Famli Habil oğlunun anım günü ilə əlaqədar şəhidin ailəsinin yaşadığı evdə anım tədbiri keçirilib.
ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev və komitənin əməkdaşları şəhidin məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhidin ailəsinə baş çəkiərək ailə üzvlərinə dərin hüznlə başsağlığı verib və onların dərdlərinə şərik olduğunu bildiriblər.
Görüş zamanı Rasim Nurullayev Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim uca tutulmasının, onların ailələrinə diqqət və qayğının göstərilməsinin hər birimizin mənəvi borcu olduğu vurğulayıb.
Şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Onların Vətənə olan sevgisi, qəhrəmanlığı və fədakarlığı gələcək nəsillər üçün daim örnək olacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad, məkanları cənnət olsun!






