Xəbərlər
Şəhid Əmanətlərimizi birlikdə qoruyaq!

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasıyeva Şəhər 12 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi ilə birlikdə “Əmanətlərimizi birlikdə qoruyaq” layihəsi çərçivəsində növbəti ziyarətini həyata keçirib. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə keçirilən görüş Kiş kəndində şəhid Nurullayev Elnur Fərhad oğlunun ailəsinin ziyarəti ilə yadda qalıb.
Səmimi görüş zamanı şəhidimizin Vətən naminə keçdiyi döyüş yolu, göstərdiyi igidlik və fədakarlıq barədə ailə üzvləri xatirələrini bölüşüblər. Onun torpağa, ailəsinə və müqəddəs dəyərlərə bağlılığı dərin hörmət və qürur hissi ilə yad edilib.
Xatırladaq ki,Şəhid atası Fərhad Nurullayev Şəhər 12 nömrəli tam orta ümumtəhsil məktəbinin texniki işçisi olaraq ETİHİ Şəki Şəhər Komitəsinin ittifaq üzvüdür.
Bu cür görüşlər bir daha göstərir ki,Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı göstərmək, onların xatirəsini yaşatmaq hər birimizin mənəvi borcudur.
Gəlin,şəhid əmanətlərimizi birlikdə qoruyaq!






