Xəbərlər
Şəhid Fərman Feyzullayevin doğum günü münasibətilə anım tədbiri keçirildi.

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İstisu kənd tam orta ümumtəhsil məktəbində kəndin qəhrəman oğlu, məktəbin məzunu, I Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Şəhid Fərman Feyzullayevin doğum günü münasibətilə anım tədbiri keçirildi. Tədbirdə İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, ETİHİ İsmayıllı RK sədri Hafiz Kərimov, İstisu İƏD nümayəndəliyi, Şəhidin ailə üzvləri, kənd ağsaqqalları və sakinləri, müəllim və şagirdlər iştirak etdilər. Çıxışlarda şəhidin keçdiyi şanlı döyüş yolu, vətənə olan sonsuz sevgisi və göstərdiyi qəhrəmanlıqlarla bağlı xatirələr bəhs olundu. Şagirdlər şeir və kompozisiyalarla çıxış etdilər. Daha sonra Şəhidin məzarı ziyarət edildi, qəbri üzərinə əklil qoyuldu, xatirəsi dərin ehtiramla yad edildi.
Şəhid Fərman Feyzullayevin adı və xatirəsi daim qəlblərimizdə yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!



















