“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhid Hüseyn Nəcəfzadənin xatirəsinə həsr olunmuş anım mərasimi

20/10/2025, 17:27
xeber1

Xırdalan şəhəri 11 nömrəli tam orta məktəbdə Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş qəhrəman şəhidimiz Hüseyn Nəcəfzadənin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.


Tədbirdə şəhidimizin adını daşıyan 5 “B” sinifinin şagirdləri Hüseyn Nəcəfzadənin qəhrəmanlıq dolu həyatına həsr olunmuş şeirlər səsləndiriblər. Şagirdlər həmçinin şəhidin döyüş yolunu və igidliyini əks etdirən videoçarx nümayiş etdiriblər. Uşaqların səmimi duyğularla söylədikləri sözlər və vətənpərvərlik ruhunda hazırladıqları kompozisiyalar şəhidlərimizə olan dərin ehtiramın bariz ifadəsinə çevrilib.


Anım mərasimində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov da iştirak edib. O, çıxışında şəhidlərin Vətən qarşısında göstərdikləri şücaətin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıb:


“Şəhidlərimizin qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir. Onlar torpaqlarımızın azadlığı, dövlətimizin müstəqilliyi naminə ən uca zirvəyə – şəhidlik zirvəsinə ucalıblar. Onların adları daim qəlblərdə yaşayacaq.”


Tədbirin sonunda şəhid Hüseyn Nəcəfzadənin ailə üzvlərinə, müəllimlərinə və məktəb kollektivinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq bildirilib.

Bu cür tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, şəhidlərimizin əziz xatirəsinin yaşadılmasına və onların igidlik yolunun unudulmamasına xidmət edir.

Şəhidlərimizin ruhu qarşısında baş əyir, onları dərin ehtiramla yad edirik!

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: