Xəbərlər
Şəhid jurnalist Sirac Abışovun əziz xatirəsini yad etdik.

ETİHİ Qubadlı Rayon Həmkarlar Komitəsi olaraq şəhid jurnalist Sirac Abışovun əziz xatirəsini yad etdik.
Vətən uğrunda canından keçən hər bir şəhidimizin xatirəsi bizim üçün müqəddəsdir. Onların həyat yolu, Vətənə bağlılığı və göstərdikləri fədakarlıq daim ehtiramla yad edilir.
Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 avqust 2026-cı il tarixində Sumqayıt şəhəri Şəhidlər Xiyabanında Vətən müharibəsində şəhid olmuş jurnalist Sirac Abış oğlu Abışovun doğum günü münasibətilə anım tədbiri keçirilib.
ETİHİ Qubadlı Rayon Həmkarlar Komitəsi olaraq biz də bu kövrək və qürurverici tədbirdə iştirak etdik. Şəhidimizin məzarı önünə əklil və gül dəstələri qoyaraq onun əziz xatirəsinə dərin ehtiramımızı ifadə etdik.
Sirac Abışov peşəsinə sadiq, Vətən həqiqətlərini işıqlandıran və sonadək öz vəzifə borcuna bağlı qalan qəhrəman jurnalistlərimizdən biri idi. Onun Vətənə xidmətlə keçən ömrü xalqımızın yaddaşında əbədi yaşayacaq.
Bəzən bir ömür qısa olur, amma Vətən üçün yaşanan həyat əbədiyyətə çevrilir...
Ruhun şad olsun, şəhid Sirac Abışov!
Səni və bütün şəhidlərimizi dərin ehtiram və sonsuz minnətdarlıqla anırıq.
Şəhidlər ölməz, Vətən bölünməz!









