Xəbərlər
Şəhid leytenant Elnur Sədaqət oğlu Səmədovun anım günü ilə əlaqədar olaraq tədbir keçirildi.

Şəhidlər Ölməz, Vətən Bölünməz!
13.09.2026 cı il tarixində ETİHİ İsmayıllı Rayon Komitəsunin üzv təşkilatı A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbin məzunu şəhid leytenant Elnur Sədaqət oğlu Səmədovun anım günü ilə əlaqədar olaraq tədbir keçirildi. Tədbirdə şəhid ailələri, rayon ictimaətinin nümayəndələri, məktəblilər, şəhidin döyüş yoldaşları iştirak etdilər. 2022-ci ilin sentyabrın 12-15 -də erməni seperatçıları tərəfindən törədilən təxribata qarşı döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olan zabit leytenant Elnur Səmədov Ali Baş Komandan tərəfindən orden və müxtəlif medallarla təltif olunmuşdur. Elnurun adına küçə, baralyef və bulaq inşa olunaraq əbədiləşdirilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad, məkanları cənnətlik olsun.






