Xəbərlər
Şəhid müəllim Elxan Aris oğlu Rzayevin əziz xatirəsinə həsr olunmuş mini-futbol turnirinin açılış mərasimi keçirilib

Şəhid müəllim Elxan Aris oğlu Rzayevin əziz xatirəsinə həsr olunmuş, 32 məktəb komandasının iştirakı ilə keçirilən mini-futbol turnirinin açılış mərasimi baş tutub.
Tədbirdə şəhid müəllim Elxan Rzayevin Vətənə, xalqa və müəllimlik peşəsinə bağlılığı, göstərdiyi qəhrəmanlıq və fədakarlıq ehtiramla yad edilib.
Çıxışlarda şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasının, onların qəhrəmanlıq nümunəsinin gənc nəslə aşılanmasının vacibliyi vurğulanıb.
Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər xalqımızın birliyinin, ordumuzun gücünün və şəhidlərimizin fədakarlığının təntənəsidir.
32 məktəb komandasının mübarizə aparacağı turnirin əsas məqsədi şagirdlər arasında sağlam həyat tərzini, idmana marağı, dostluq və komanda ruhunu təşviq etməklə yanaşı, şəhid müəllimimizin əziz xatirəsini yaşatmaqdır.
Şəhid müəllim Elxan Aris oğlu Rzayevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!







