Xəbərlər
Şəhid Nicat Həsənquliyevin anım günü ilə əlaqədar İsmayıllı Şəhidlər Xiyabanı ziyarət olunub

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İsmayıllı şəhər 3 nömrəli məktəb liseyin məzunu Şəhid Həsənquliyev Nicat Aydın oğlunun anım günü ilə əlaqədar Şəhidlər Xiyabanında tədbir keçirilmişdir. Əslən Ağdam rayonunun İsmayılbəyli kəndindən olan, I Qarabağ müharibəsi vaxtı qardaşını və digər yaxınlarını itirən, məcburi köçkün statusu ilə İsmayıllı rayonuna pənah gətirərək 3 nömrəli məktəbdə məskunlaşan Aydın Həsənquliyevin ailəsində tərbiyə alan Nicat məktəbi bjtirdikdən sonra ordu sıralarında hərbi xidmətə yollanır. Vətən sevgisi, öz doğma yurdunun həsrəti onu ordu sıralarında əlavə xidmət etməyə sğvq edir. Nicat 44 günlük Vətən müharubəsində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə igidliklə vuruşaraq 26 oktyabrda şəhidlik zirvəsinə ucaldı. Tədbirdə rayon ictimaiyyət nümayəndələri, Agdam və İsmayıllı rayon İcra Hakimiyyəti nümayəndələri, şəhid ailələri,din xadimləri, şəhər 3 və 8 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi iştirak edərək şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad etdilər. Anım mərasimində şagirdlər Vətənə sevgi, şəhidlərimizin qəhrəmanlığı və torpaq uğrunda canından keçən igidlərimizin unudulmaz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.Şəhidin yadigarı, bu il l sinfə qədəm qoyan Bakirin ifasında atasının qəhrəmanlığına həsr elədiyi şeir tədbir iştirakçılarını daha çox təsirləndirdi.
Şəhidlərimizin əziz xatirəsini yaşatmaq, onların qəhrəmanlıq yolunu gələcək nəsillərə tanıtmaq hər birimizin mənəvi borcudur. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi qəlbimizdə daim yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad, məkanları cənnət olsun!
Şəhidlər ölməz, Vətən bölünməz!







