“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhid Osmanov Nəzir Rahib oğlunun xatirəsi anılıb.

01/11/2025, 17:45
xeber1

1 noyabr 2025-ci il tarixdə Vətən müharibəsində şəhid olmuş Osmanov Nəzir Rahib oğlunun şəhadətə ucalmasının 5-ci ildönümü münasibətilə xatirəsi anılıb.

Osmanov Nəzir Rahib oğlu 01.01.1998-ci ildə rayonun Qıpçaq kəndində anadan olmuşdur. 2015-ci ildə Qıpçaq kənd tam orta məktəbini bitirdikdən sonra Qax Peşə Liseyinə daxil olmuşdur. 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətə başlamışdır. Vətən müharibəsində döyüşlərdə iştirak etmiş və Şuşa uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətdə fərqələndiyinə görə” 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur. 01.11.2020-ci ildə Qax rayonun Qıpçaq kəndində dəfn olunmuşdur.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: