Xəbərlər
Şəhid övladı təhsil həyatına başlaýib

15 Sentyabr -Bilik Günündə minlərlə uşaq məktəblərə ilk addımını atıb.
Şəhid övladının bu yola qədəm qoyması daha böyük məna daşıyır. Vətən uğrunda canından keçən Kamran Quliyevin övladı Qulizadə Tunar Kamran oğlu bu tədris ilində Salyan şəhəri Ə.Kürçaylı adına 7 nömrəli texniki-təbiət təmayüllü liseyin I sinfində təhsil alacaq.
Şəhidimizin bizə əmanət etdiyi bu balaca fidanın gözlərində gələcəyə olan inamı görmək olduqca qürurverici idi.
ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova balaca məktəblini təbrik edərək, ona təhsil həyatında bol uğur və parlaq gələcək arzulayıb. Komitə sədri onun tək olmadığını, arxasında böyük bir Vətənin və atasının əziz xatirəsinə sonsuz sevgi və ehtiram hissinin dayandığını vurğulayıb.







