Xəbərlər
Şəhid övladının doğum günü qeyd edilib.
21/05/2026, 16:38
22 may 2026-cı il tarixində Salyan şəhəri V.İsayev adına 6 saylı uşaq bağçasının kollektivi ilə birlikdə ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova Vətən müharibəsinin şəhidi Əlisahib Ələkbərovun oğlu Əlisahibin doğum günü münasibətilə şəhidin evini ziyarət ediblər.
Atasının şəhadətə yüksəlməsindən bir neçə ay sonra dünyaya göz açan balaca balamızın bu gün 5 yaşı tamam olub.
Təbrikə gələnlər süfrə arxasında səmimi söhbətlər edib, Nilufər xanımın övladı haqqında xoş və kövrək xatirələrinə şərik olublar.



