Xəbərlər
Şəhid övladının doğum günü qeyd olundu
06/04/2026, 15:43

Vətən müharibəsinin şəhidi Ayaz İmanzadənin övladı Ceyran İmanzadənin 6 yaşı münasibətilə onların “Könüllü qonağı” olduq. Balaca fidanımızın sevincinə şərik olub, ona hədiyyəmizi təqdim etdik və bu xüsusi günü birlikdə qeyd etdik.
Səmimi və isti bir mühitdə keçən görüş zamanı ailə üzvləri ilə söhbətlər apardıq, onların duyğularını bölüşdük. Balamızın üzündəki sevinc və təbəssüm bu görüşün ən dəyərli anı oldu.
Şəhidlərimizin bizə əmanəti olan övladlarına sahib çıxmaq hər birimizin mənəvi borcudur.








