“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhid övladlarına sevgi və qayğı ilə...

09/09/2025, 10:40
xeber1

Yeni tədris ilinin başlanması münasibətilə şəhid ailələrinin övladlarına qayğı və diqqətin ifadəsi olaraq məktəbli geyimi və tədris ləvazimatları təqdim edilib.

Aksiyanın əsas məqsədi şəhid ailələrinə mənəvi dəstək göstərmək, onların övladlarının təhsilinə töhfə vermək və cəmiyyətimizdə həmrəylik, humanizm dəyərlərini gücləndirmək olub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov çıxış edərək bildirib ki, şəhidlərimizin qəhrəmanlığı və vətən qarşısında göstərdikləri fədakarlıq xalqımızın daim qürur mənbəyidir.

O, vurğulayıb ki, şəhid ailələrinə və onların övladlarına göstərilən diqqət və qayğı həm mənəvi borc, həm də vətəndaşlıq məsuliyyətidir.

Belə təşəbbüslər gələcək nəsillərin vətənpərvərlik ruhunda formalaşmasına, şəhid ailələrinin daim cəmiyyətin diqqət mərkəzində olmasına xidmət edir.

Şəhid ailələri yaradılan şəraitə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevə minnətdarlıqlarını bildiriblər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: