Xəbərlər
Şəhid övladlarının Yeni il şənliyi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi tərəfindən Ağstafa rayonunda təhsil müəssisələrində çalışan şəhid ailələrinin övladları Yeni il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edilmiş, onlara Yeni il hədiyyələri təqdim olunmuşdur.
Göstərilən bu diqqət və qayğıya görə şəhid ailələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə , Elm və Təhsil Işçiləri Həmkarlar ittifaqının Respublika Komitəsinin sədri cənab Araz Pashayev ə
və Ağstafa Rayon Komitəsinin sədrinə dərin minnətdarlıqlarını bildirmişlər.
Şəhid ailələri xüsusi olaraq vurğulamışlar ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə göstərdiyi yüksək diqqət və qayğı danılmazdır. Onlar dövlətin bu qayğısını daim hiss etdiklərini qeyd edərək, cənab Prezidentə öz səmimi təşəkkürlərini ifadə etmişlər.
Tədbirdə qəhrəmanlarımızın əmanətləri şeir söylədilər.











