“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhid Ramil Mürşüd oğlu Yusifovun cənnətdə 6 cı mövludu günü ilə əlaqədar tədbir keçirildi.

23/04/2026, 16:51
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində 2 ci Qarabağ müharibəsinin qəhrəman tank komandiri, gizir , şəhid Ramil Mürşüd oğlu Yusifovun cənnətdə 6 cı mövludu günü ilə əlaqədar tədbir keçirildi. Təbirdə şəhidin valideynləri , şəhidin əzizləri, şəhid Vüsal Dəmirlinin anası Nüşabə xanım,İsmayıllı Təhsil sektorun müdüri Rəşid Məmmədli, Elm və Təhsil İşçilərin Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin  sədri Hafiz Kərimov, məktəbin bir qrup müəllim və şagirdləri iştirak etdilər . Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəqəlik sükutla yad olundu. Daha sonra məktəbin hərbi hazırlıq rəhbəri , Əməkdar müəllim Əsgər Manafov və tarix müəllimi Günel müəllimə şəhid Ramilin həyat və döyüş fəaliyyəti barədə məlumat verdilər. Sonra şəhid barədə hazırlanmış videoçarx, şagirdlərin ifasında ədəbi- bədii kompozisiya təqdim olundu.Tədbirdə iştirak edən qonaqlar və şəhidlərin valideyinləri çıxış edərək qəhrəman şəhidimiz haqqında xatirələrini bölüşdülər. 

 Allah bütün şəhidlərimizə rəhmət eləsin. 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: