Xəbərlər
Şəhid Səttar Mehtiyevin ev muzeyində Anım Günü tədbiri keçirilib.

Anım Günü ilə əlaqədar olaraq Şəhid Mehtiyev Səttar Raqif oğlunun Ev Muzeyi ziyarət olundu.
Tədbirdə ETİHİ Hacıqabul Rayon Komitəsinin sədri, Şəhidimizin təhsil aldığı Hacıqabul şəhər 8 nömrəli humanitar fənlər təmayüllü məktəb liseynin rəhbərliyi və şagirdlər iştirak etdi.
Tədbir zamanı Şəhidimizin şərəfli həyat yolu və Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan bəhs edildi. Cəsur döyüşçü, Suqovuşanın və Kəlbəcərin azad olunmasına görə medallarla təltif olunmuşdur.
Şəhidimizin keçdiyi şərəfli döyüş yolu və göstərdiyi qəhrəmanlıq gənc nəslə nümunə olaraq vurğulanmış, onun əziz xatirəsinin daim yaşadılmasının vacibliyi qeyd edilmişdir.
Allah bütün Şəhidlərimizə rəhmət etsin! Onların müqəddəs xatirəsi daim qəlbimizdə yaşayacaqdır.







