“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhid Səxavət Vahab oğlu Məmmədovun mövlud günü yad edilib

13/09/2026, 14:13
xeber1

12 sentyabr 2026-cı il tarixində Vətən müharibəsi şəhidi Səxavət Vahab oğlu Məmmədovun mövlud günü münasibətilə şəhidin məzarı ziyarət olunub.

Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin nümayəndələri şəhidin ailəsi ilə görüşərək onun əziz xatirəsini ehtiramla yad ediblər. Şəhidin adına ehsan süfrəsi təşkil olunub, ruhuna dualar oxunub.

Səxavət Vahab oğlu Məmmədov 12 sentyabr 1996-cı ildə Ağdam rayonunun Paşabəyli kəndində anadan olub. Paşabəyli kənd tam orta məktəbində təhsil alıb. 2014–2015-ci illərdə həqiqi hərbi xidmətdə olub, 2018-ci ildən isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib.

Səxavət Məmmədov 2020-ci ildə Vətən müharibəsində Suqovuşan, Füzuli, Qubadlı və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 9 noyabr 2020-ci ildə Laçın rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Ağdam rayonunun Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhid Səxavət Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim yaşayacaq.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: