“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhid xatirəsi yad edilib

27/04/2026, 17:20
xeber1

Şirvan şəhərində Cəfərov Yusif Mübariz oğlunun xatirəsi ehtiramla yad olunub. Onun məzarı ziyarət edilərək üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Ziyarət zamanı şəhidin ailəsi ilə görüş keçirilib. Görüşdə onun tələbəlik illəri xatırlanıb və Mingəçevir Dövlət Universitetində oxuduğu dövrdəki fəallığı, nümunəvi davranışı və Vətənə bağlılığı barədə danışılıb. Onun gənclik illərindən formalaşan vətənpərvərlik hisslərinin sonrakı həyat yolunda mühüm rol oynadığı qeyd edilib.

Qeyd edilib ki, belə ziyarətlər gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şəhidlərin əziz xatirəsi hər zaman uca tutulur və onların qəhrəmanlıqları gələcək nəsillər üçün örnək olaraq qalır.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: