Xəbərlər
Şəhid yoldaşının 65 illik yubileyi qeyd olunub.

5 nömrəli tam orta məktəbin kollektivi arasında uzunillik pedaqoji fəaliyyət göstərmiş Abdullayeva Gülnarə Bəşir qızının 65 illik yubileyi qeyd olunub.Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova iştirak edib. Yubiley mərasimi Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Komitə sədri Reyhan Ocaqova çıxış edərək Gülnarə Abdullayevanı yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, onun təhsil sahəsindəki səmərəli fəaliyyətini yüksək qiymətləndirib. Yubilyara Fəxri Fərman, qiymətli hədiyyə və gül dəstəsi təqdim olunub, ona gələcək təqaüd həyatında möhkəm cansağlığı, rifah və xoş günlər arzu edilib.Məktəbin direktoru Məlahət Hüseynova çıxış edərək Gülnarə xanımın pedaqoji fəaliyyətindən, kollektiv arasında qazandığı hörmət və nüfuzdan bəhs edib. O bildirib ki, Gülnarə Abdullayeva “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, həmçinin pedaqoji fəaliyyəti dövründə iki dəfə “İlin ən yaxşı müəllimi” adına layiq görülərək yüksək peşəkarlıq nümayiş etdirmişdir. Direktor onun işinə olan məsuliyyət və sevgisini xüsusi vurğulayıb.Qeyd edək ki, Abdullayeva Gülnarə Bəşir qızı şəhid ailəsidir bu baxımdan onun həyat yolu həm peşəkar, həm də mənəvi dəyərləri ilə seçilir.









