Xəbərlər
Şəhidimiz Allahverdiyev Vüsal Tahir oğlunun əziz xatirəsini ehtiramla yad edirik
02/11/2026, 14:51

30 oktyabr – Vətən müharibəsi şəhidi, əslən Qubadlı rayonundan olan Allahverdiyev Vüsal Tahir oğlunun şəhidlik zirvəsinə ucaldığı gündür.
Vüsalın döyüş meydanında göstərdiyi igidlik, silahdaşlarına sədaqəti və Vətən uğrunda canından keçməsi heç zaman unudulmayacaq. Onun qəhrəmanlığı gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.
ETİHİ Qubadlı Rayon Komitəsi olaraq şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edir, ailəsinə və yaxınlarına səbr diləyirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!



