Xəbərlər
Şəhidimiz Məmmədov Sadiqin anası, Bahar ana doğum günü münasibətilə ziyarət olundu
24/04/2026, 04:34

9 aprel 2026 cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsi və Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin birgə təşkilatçılığı ilə Şəhidimiz Məmmədov Sadiqin anası, Bahar ana doğum günü münasibətilə ziyarət olundu. Görüş zamanı Bahar ananı təbrik edərək,ona səmimi arzularımız çatdırıldı.
Bahar anaya Allahdan möhkəm can sağlığı uzun ömür və xoş günlər arzu edirik. Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.








