Xəbərlər
Şəhidin Anım Günü
04/11/2026, 14:50
Bu gün şəhid müəllim Tural Arif oğlu Rəhimovun anım günüdür. ETİHİ Cəlilabad rayon Komitəsinin sədri Nəbi İskəndərov və LARTİ Cəlilabad rayon Təhsil Sektorunun müdiri İlkin Zeynalov məzar üstə tər çiçəklər düzərək şəhidimizi ehtiramla anıblar. Ailəsi ilə görüşüb sosial qayğıları ilə maraqlanıblar.
Şəhid atası Arif Rəhimov onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığnı ifadə edərək göstərilən diqqət və qayğını yüksək qiymətləndirib.



