“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhidlər ölməz, Vətən bölünməz

16/03/2026, 23:42
xeber1

Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımızı dünyaya gətirən şəhid anaları ilə bir arada olmaq böyük qürur və məsuliyyət hissi yaşatdı. Onların hər birinin simasında həm sonsuz kədəri, həm də Vətənə bəxş etdikləri igid övladların qürurunu görmək mümkündür.


Şəhid anaları bizim üçün yalnız bir ana deyil, xalqımızın baş tacı, Vətən sevgisinin ən müqəddəs simvoludur. Onların böyütdüyü qəhrəmanlar sayəsində bu gün Azərbaycan bayrağı azad torpaqlarımızda qürurla dalğalanır.


Onların qarşısında baş əyir, şəhidlərimizin əziz xatirəsini daim ehtiramla yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, şəhid analarına səbr və möhkəm can sağlığı versin

Sosial şəbəkələrdə paylaş: