“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhidlərimiz hörmətlə yad edilir.

21/09/2026, 09:09
xeber1

Şəhid Nofəl Yusiblinin anım günü ilə əlaqədar məzarı ziyarət olunub

19 sentyabr 2023-cü il tarixində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları zamanı Xocavənd rayonunun Sus kəndi ərazisində qəhrəmancasına şəhid olan Leytenant Yusibli Nofəl Yusib oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olunub.

Anım mərasimində ETİHİ Ağcabədi Rayon Komitəsinin nümayəndələri, məktəb direktorları, həmkarlar təşkilatlarının üzvləri, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ziyarət zamanı şəhid Nofəl Yusiblinin və Kəbirli kəndindən olan digər şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, məzarları önünə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub.

Qeyd edək ki, şəhid Yusibli Nofəl Yusib oğlu 20 sentyabr 2023-cü il tarixində Ağcabədi rayonunun Kəbirli kənd qəbiristanlığında dəfn edilib.

Şəhidin valideynləri və Kəbirli kənd tam orta ümumtəhsil məktəbinin direktoru Ceyran müəllimə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də anım mərasimində iştirak edən hər kəsə minnətdarlıqlarını bildiriblər.

ETİHİ Ağcabədi Rayon Komitəsi olaraq Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini daim uca tutur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: