“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhidlərimizin ailələri hər zaman diqqətimizdədir

26/12/2025, 09:19
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi olaraq, Ağstafa rayonunun təhsil müəssisələrində çalışan şəhid ailə üzvlərini qarşıdan gələn Yeni il ərəfəsində ziyarət etdik.

Bu ziyarət bizim mənəvi borcumuzun, vəfa və ehtiram hissimizin ifadəsidir.

Şəhidlərimiz Azərbaycan xalqının qürur mənbəyidir. Onlar Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və gələcək nəsillərin azad, firavan yaşaması naminə canlarını fəda etmiş qəhrəmanlardır. Bu müqəddəs yolda şəhidlərimizin ailələri də böyük fədakarlıq və səbr nümunəsi göstərmiş, bu ağır itkini ləyaqətlə daşımışlar.

Qürurverici haldır ki, şəhidlərimizin ailə üzvləri bu gün də cəmiyyətimizin, xüsusilə də təhsil sahəsinin fəal iştirakçılarıdır. Onlar gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində, milli-mənəvi dəyərlərimizin qorunmasında mühüm rol oynayırlar. Bu, şəhidlərimizin ideallarının yaşadığının ən bariz sübutudur.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı olaraq biz hər zaman şəhid ailələrinin yanında olmağı, onların qayğı və ehtiyaclarına həssaslıqla yanaşmağı özümüzə əsas vəzifə hesab edirik. Bu günkü ziyarət də həmin diqqət və ehtiramın davamıdır.

Bir daha bütün şəhidlərimizi dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik. Şəhid ailələrinə möhkəm cansağlığı, səbir və dözüm arzulayırıq. Bilin ki, siz tək deyilsiniz – dövlətimiz də, xalqımız da, biz – təhsil işçiləri də hər zaman sizinləyik.

Allah şəhidlərimizə rəhmət eləsin!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: