Xəbərlər
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!

Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçərək adını tariximizin şanlı səhifələrinə yazan şəhidlərimiz daim qəlbimizdə yaşayır.
Həmkarımız, Gülay müəllimə İsmayılovanın şəhid həyat yoldaşı İsmayılov Mirtalehin anım günü münasibətilə Rayon Həmkarlar İttifaqı Komitəsinin sədri Qürbətəli Zeynalov və Lənkəran Şəhər Təhsil Sektorunun müdiri Ağamməd Şənmədov ailəni ziyarət edərək şəhidimizin əziz xatirəsini ehtiramla yad etmiş, ailəsinə mənəvi dəstəklərini ifadə etmişlər.
Şəhidlərimizin əmanəti olan ailələrə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.
Şəhidimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad, məkanları cənnət olsun!










