Xəbərlər
Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi

21 oktyabr 2026-cı il tarixində Sumqayıt Şəhidlər xiyabanında 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərərək şəhid olmuş leytenant Məhərrəmov Ülvi Tahir oğlunun eyni zamanda Mustafalı Əlizamin Namiq oğlu və Əliyev Sərxan İslam oğlunun anım günü qeyd olundu.
ETİHİ Qubadlı Rayon Komitəsi olaraq şəhidlərimizin məzarlarını ziyarət etdik, məzarları üzərinə gül dəstələri qoyaraq Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsi qarşısında baş əydik.
Şəhidlərimizin qəhrəmanlığı, Vətən sevgisi və fədakarlığı xalqımızın yaddaşında daim yaşayacaq. Onların əziz xatirəsini yaşatmaq və gələcək nəsillərə tanıtmaq hər birimizin mənəvi borcudur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad, məkanları cənnət olsun!




