“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhidlərimizin xatirəsini ehtiramla anırıq.

17/10/2025, 14:34
xeber1

17 oktyabr 2020-ci il tarixdə Ağdam rayon 18 nömrəli tam orta məktəbin müəllimi Vəliyev Vüqar Emin oğlu və Ağdam rayon 69 nömrəli tam orta məktəbin müəllimi Qənbərov Mədət Əzim oğlu şəhid olublar.

17 oktyabr 2025-ci il tarixdə Şəhid Qənbərov Mədət Əzim oğlunun məzarı Şəhidlər xiyabanında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin sədri Tamerlan Hüseynov və Ağdam Rayon Təhsil Sektorunun müdiri Tahir Abbasov tərəfindən ziyarət olunub, gül dəstələri qoyulub.

Şəhid Vəliyev Vüqar Emin oğlunun məzarı Ağdam rayon Qaradağlı kəndində ziyarət edilib və şəhidin ailəsi ilə söhbət aparılıb.

Allah şəhidlərimizə rəhmət eləsin.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: