“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ŞƏKİ ŞƏHƏRİNDƏ UNUDULMAZ BİR GÜN

04/06/2026, 17:51
xeber1

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 336 nömrəli tam orta məktəbin ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Şəki şəhərinə gəzinti təşkil edilib.

Səfər çərçivəsində iştirakçılar Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik şəhərlərindən biri olan Şəki şəhərinin görməli yerlərini ziyarət edib, şəhərin tarixi-mədəni abidələri, memarlıq nümunələri və füsunkar təbiəti ilə yaxından

tanış olublar.

İttifaq üzvləri Şəki şəhərinin özünəməxsus tarixi-mədəni mühiti ilə tanış olub, şəhərin zəngin irsi barədə məlumat əldə edib, maraqlı və yaddaqalan anlar yaşayıblar. Səfər kollektiv üzvləri arasında ünsiyyətin daha da möhkəmlənməsinə, onların asudə vaxtlarının səmərəli və mənalı təşkilinə töhfə verib.

Şəki şəhərinin ecazkar təbiəti, qədim memarlıq nümunələri və qonaqpərvər mühiti iştirakçılarda xoş təəssüratlar yaradıb, səfər onların yaddaşında unudulmaz xatirələrlə qalıb.

İttifaq üzvləri onlara göstərilən diqqət və qayğıya, eləcə də səfərin və tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinə səmimi minnətdarlıqlarını bildirib, dərin təşəkkürlərini ifadə ediblər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: