Xəbərlər
Şəkər kənd məktəbinin müəllimləri üçün istirahət səfəri təşkil olundu

ETİHİ Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə Göyçay rayonu Sahil Musayev adına Şəkər kənd tam orta ümumtəhsil məktəbinin müəllim kollektivi üçün asudə vaxtın səmərəli təşkili məqsədilə istirahət-gəzinti proqramı təşkil olunub.
Səfərin əsas məqsədi müəllimlərin gərgin əmək fəaliyyətindən sonra mənəvi istirahətini təmin etmək, onların asudə vaxtlarını faydalı və səmərəli keçirmələrinə şərait yaratmaq, həmçinin kollektiv üzvləri arasında birlik, həmrəylik və qarşılıqlı əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək olub.
Səfər iştirakçıları səfalı təbiət qoynunda xoş və yaddaqalan anlar yaşayıb, müxtəlif istirahət və əyləncə proqramlarında iştirak edərək yüksək əhval-ruhiyyə qazanıblar. Müəllimlər onlar üçün yaradılmış bu diqqət və qayğıya görə ETİHİ Göyçay Rayon Komitəsinə minnətdarlıqlarını bildiriblər.
ETİHİ Göyçay Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və onların mənəvi motivasiyasının artırılması istiqamətində bu cür layihə və tədbirlərin həyata keçirilməsini davam etdirəcək.





