Xəbərlər
Şəki Dövlət Peşə Təhsili Mərkəzi PHŞ-də ittifaq üzvləri ilə görüş və seçki keçirilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva Dövlət Peşə Təhsili Mərkəzində ittifaq üzvləri ilə görüş keçirib.
Görüş Şəhidlərin əziz xatirəsinin yad olunması ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Şəki Peşə Təhsili Mərkəzinin direktoru Şahin Şirinzadə müəssisədə həmkarlar təşkilatının fəaliyyətindən kollektivin üzvlərinin daim yararlandığını qeyd edərək yeni seçiləcək sədrə uğurlar arzu edib.
Görüş ittifaq üzvlərini maraqlandıran suallara aydınlıq gətirilməsi, həmçinin əmək münasibətləri və sosial təminat məsələlərinin müzakirə olunması,yeni onlayn qaydada yollayışların verilməsi ilə bağlı sualların cavablandırılması ilə davam edib.
Daha sonra növbədənkənar seçkidə Kollektivin yekdil razılığı ilə II Qarabağ müharibəsi veteranı Namazov Elnur Teymur oğlu Şəki Dövlət Peşə Təhsili Mərkəzi PHŞ-nin Həmkarlar İttifaqı sədri vəzifəsinə seçilib.
Komitə sədri onu təbrik edərək, gələcək fəaliyyətində uğurlar arzulayıb






