“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəki filialında imtahan prosesinin gedişi ilə tanışlıq aparılıb

25/06/2026, 11:54
xeber1

ADPU Həmkarlar İttifaqı Komitəsinin diqqət mərkəzində olan məsələlərdən biri də tələbələrin imtahan dövründə rahat, şəffaf və obyektiv mühitdə iştirak etmələrinin təmin olunmasıdır.

  Bu məqsədlə ADPU-nun Şəki filialında imtahanların gedişi ilə yerində tanışlıq aparılıb, tələbələrlə görüş keçirilib. Görüş zamanı tələbələrə imtahan prosesinin təşkili və gedişi ilə bağlı suallar ünvanlanıb, onların fikir, təklif və rəyləri dinlənilib.

 Tələbələrin məmnunluğunun öyrənilməsi, onların qarşılaşa biləcəyi məsələlərin vaxtında müəyyənləşdirilməsi və operativ həllinə dəstək göstərilməsi daim diqqətdə saxlanılır.

 ADPU HİK bundan sonra da tələbələrin sosial rifahının, hüquq və mənafelərinin qorunması, eləcə də təhsil mühitinin daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək.

  Tələbəyönümlü yanaşmanın və şəffaflığın təmin edilməsi ADPU HİK-in əsas fəaliyyət istiqamətlərindən biridir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: