Xəbərlər
Şəki filialında Məzun Günü qeyd olunub

Şəki filialında təşkil olunan “Məzun günü” tədbiri tələbələrin, müəllimlərin və qonaqların iştirakı ilə yadda qalan anlarla qeyd olunub.
Tədbirdə Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Əliyev də iştirak edərək məzunları bu əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək həyat və fəaliyyətində uğurlar arzulayıb.
Səmimi və bayram əhval-ruhiyyəsində keçən tədbirdə tələbələrin tələbəlik illərinə nəzər salınıb, onların qazandıqları nailiyyətlər vurğulanıb. Məzunların sevincini bölüşən iştirakçılar onlara gələcək həyat yollarında müvəffəqiyyətlər arzulayıblar.
Məzunların tələbəlik illərinə həsr olunan çıxışlar, təqdimatlar və bədii hissələr tədbirə xüsusi rəng qatıb. Sonda xatirə şəkilləri çəkdirib və məzunlara ən xoş arzular ifadə olunub.
Məzunlarımızı təbrik edir, onlara yeni həyat mərhələsində uğurlar arzulayırıq!






