Xəbərlər
Şəki şəhər 30 nömrəli uşaq bağçasının kollektivi üçün ekskursiya təşkil olunub
24/08/2026, 11:18

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin xidmətində olduğu Şəki şəhər 30 nömrəli uşaq bağçasının kollektivi üçün Şəki şəhərinə birgünlük ekskursiya təşkil olunub.
Ekskursiyanın məqsədi ittifaq üzvlərinin asudə vaxtının səmərəli təşkili, onların doğma şəhərin tarixi-mədəni irsi və zəngin turizm potensialı ilə daha yaxından tanış olmalarına şərait yaratmaq olub.
Gəzinti zamanı kollektiv Şəkinin tarixi və görməli yerlərini ziyarət edib, şəhərin qədim memarlığı, zəngin tarixi və füsunkar təbiəti ilə tanış olub, xoş və yaddaqalan anlar yaşayıblar.






