“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəki şəhərinə gəzinti

18/05/2026, 17:52
xeber1

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi dəstəyi ilə Ağstafa rayon Eynalı kənd tam orta məktəbinin kollektivi Şəki şəhərinə gəzinti səfərində olublar. Səfər iştirakçıları gəzintidən olduqca məmnun qaldıqlarını bildirərək, yaradılan şəraitə və göstərilən diqqətə görə həmkarlar ittifaqına öz dərin təşəkkürlərini ifadə ediblər.

Kollektiv qeyd edib ki, bu cür maarifləndirici və asudə vaxtın səmərəli təşkili istiqamətində keçirilən tədbirlər müəllimlər arasında həmrəyliyin güclənməsinə, mənəvi motivasiyanın artmasına və kollektiv münasibətlərinin daha da möhkəmlənməsinə böyük töhfə verir. Səfər zamanı iştirakçılar Şəki şəhərinin tarixi-mədəni məkanları ilə yaxından tanış olub, xoş və unudulmaz anlar yaşayıblar.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: