Xəbərlər
Şəki şəhərinə səfər
01/07/2026, 20:03

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin təşkilatçılığı ilə Ağstafa rayon Böyük Kəsik kənd tam orta məktəbinin kollektivi Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və bənzərsiz təbiətə malik gözəl guşələrindən biri olan Şəki şəhərinə səfər etdilər. Kollektiv onlara göstərilən diqqət və qayğıya, yaradılan yüksək şəraitə görə Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinə səmimi minnətdarlıqlarını ifadə edərək təşəkkürlərini bildirdilər, bu cür təşəbbüslərin gələcəkdə də davam etməsini arzulamışdır.





