Xəbərlər
Şəki şəhərinə səfər
05/07/2026, 22:46

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin dəstəyi ilə Ağstafa rayonunun Yaradullu kənd körpələr evi–uşaq bağçasının kollektivi Şəki şəhərinə yaddaqalan səfər etmişdir. Kollektiv üzvləri müəllim və təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin olunması istiqamətində göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, yaradılan gözəl şəraitə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinə səmimi minnətdarlıqlarını bildirdilər .



